MALİYYƏ

“Büdcə xərclərinin ÜDM-də payı 31%-ə yüksəlib”

Əgər 2017-ci ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin ümumi daxili məhsulda (ÜDM) payı 25% idisə, 2024-cü ildə 31%-ə yüksələcək, xərclərdə 2 dəfədən çox artım olacaq.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Baş nazir Əli Əsədov bildirib.

“2024-cü ildə büdcənin qeyri-neft gəlirlərinin cari xərcləri təminetmə səviyyəsi 75%-i keçəcək. Qeyri-neft sektoru üzrə büdcə gəlirləri son 7 ildə 2 dəfəyə yaxın artacaq”, – deyə o qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)