Özbəkistan Prezidenti Azərbaycana səfər edəcək
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev noyabrın 23-24-də Azərbaycanda işgüzar səfərdə olacaq.
ENA.az xəbər verir ki, bu barədə Özbəkistan liderinin mətbuat xidməti məlumat yayıb.
O, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Bakıda keçiriləcək birinci sammitində iştirak edəcək.