Bank

Azərbaycanda banklar valyuta alqı-satqısına qoyulan marjanı 47% artırıblar

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan bankları ABŞ dollarını orta hesabla 1,6946 manatdan alıb, 1,7021 manata satıb. Azərbaycan Mərkəzi Bankının "Pul Siyasəti İcmalı"na əsasən, banklar hər 100 dolların alqı-satqısından 75 qəpik gəlir əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 47,1 % çoxdur.

Xatırladaq ki, 1 il bundan əvvəl banklar dolları 1,6972 manatdan alıb, 1,7023 manata satırdılar. Beləliklə də hər 100 dolların alqı-satqısından 51 qəpik gəlir əldə edirdilər. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)