Azərbaycanda bankların nağd xarici valyuta alqı-satqısı 29% azalıb
2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 29,2% azalaraq 2,8 milyard dollar ekvivalentində olub.
Mərkəzi Bank;n hesabathesabatına görə, “Hesabat dövründə banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi $2,8 milyard təşkil edib. Bunun 83,6%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib”, - AMB-dən bildirilir.
Həmçinin, Mərkəzi Bank qed edir ki, son bir neçə il ərziondə ilk dəfə 2023-cü ilin yanvar-sentyabr aylarında banklar tərəfindən xarici valyuta alışı onlar tərəfindən nağd valyuta satışı həcmini üstələyib.
AMB-dən vurğulanıb ki, 9 ayda nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi 35.7 milyard ABŞ dolları ekvivalentində olub. Bu, 2022-ci ilin 9 ayı ilə müqayisədə 6,1% azdır. Nağdsız valyuta əməliyyatlarının 79%-i ABŞ dollarında, 21%-i isə digər valyutalarda aparılıb.
Məlumata görə, valyuta əməliyyatlarının 20,1%-i banklararası valyuta bazarında (BVB), 79,9%-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib.
9 ay ərzində BVB-də əməliyyatların 97,5%-i ABŞ dollarında aparılıb. “Hesabat dövründə BVB-də əməliyyatların həcmi 4,2 milyard ABŞ dolları ekvivalentində olub (2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə azalma 36,4%). BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşıb”Ⅶ, - bank qeyd edir.
BDVB-də valyuta əməliyyatlarının həcmi 16.8 milyard ABŞ dolları ekvivalentində olub (artım 7%). Əməliyyatların 74%-ni ABŞ dolları ilə aparılan əməliyyatlar təşkil edib. BDVB-də valyuta əməliyyatlarının 93.6%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşüb.