Azərbaycan İndoneziyaya meyvə şirəsi və spirtsiz içkilər ixrac edəcək
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport.az” portalı “Made in Azerbaijan” məhsullarına növbəti sərbəst satış sertifikatlarını təqdim edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, sertifikatlar İndoneziya Respublikasına Azərbaycan istehsalı olan on adda meyvə şirəsi və spirtsiz içkilərin ixracı üçün verilib.
Qeyd edək ki, 2018-ci ilin aprel ayından 2023-cü ilin noyabr ayına kimi 684 adda məhsula Sərbəst Satış Sertifikatı təqdim olunub. Sertifikatlar bundan əvvəl ixracında çətinlik yaşanan Qətər, Səudiyyə Ərəbistanı, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, İraq, İndoneziya, Vyetnam, Filippin, Dominikan və digər Cənub–Şərqi Asiya, Cənubi Amerika, Afrika, Qərbi Avropa, Okeaniya və Ərəb ölkələrinə Azərbaycanda istehsal olunan qida, dərman və orqanizmlə birbaşa təmasda olan məhsullarının çıxışı asanlaşdırıb.