Sosial iqtisadiyyat

"Gömrük daxilolmaları büdcənin qeyri-neft gəlirlərinin 35 %-nə bərabərdir"

Son dövrlər Azərbaycanda gömrük daxilolmaları dövlət büdcəsinin qeyri-neft gəlirlərinin 35 %-nə bərabər olub.

ENA.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov bu gün Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə Bakıda keçirilən "Gömrük-Biznes Forumu 2023"də çıxışı zamanı deyib.

Onun sözlərinə görə, xarici ticarətin artması büdcəyə gömrük daxilolmalarının da artmasını şərtləndirib. "Burada gömrük orqanlarının fəaliyyətində çevik, müasir, şəffaf idarəçilik metodlarını da qeyd etmək yerinə düşər. Gömrük nəzarətinin təkmilləşdirilməsi, ticarətin asanlaşdırılması, "kölgə iqtisadiyyatı"nın aradan qaldırılması, sabit, avtomatlaşdırılmış və vətəndaş məmnunluğunu təmin edən xidmətlərin təşkili sayəsində həyata keçirilən genişmiqyaslı tədbirlər xüsusi yer tutur".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)