Bakıda söküntü işləri aparılır: “Bir otağa 120 min kompensasiya verilir”
Bakıda söküntü işləri aparılır. Proses heç də bütün sakinləri qane etmir.
ENA.az xəbər verir ki, Paytaxtın Nərimanov rayonunun Ceyhun Hacıbəyli və Nəsibbəy Yusifbəyli küçələrinin kəsişməsindən başlayan prosesdə əsasən fəaliyyəti dayandırılan obyektlər sökülür.
51 ailənin yaşadığı beşmərtəbəli bina da söküntü planına daxil edilib. Əvəzində mənzil sahiblərinə kompensasiya təklif edilib.
Həmin məbləğ bəzi vətəndaşlar tərəfindən qəbul olunsa da, əksəriyyət bununla razılaşmayıb.
Sakinlərdən biri ARB TV-yə bildirib ki, bir otağa 120 min kompensasiya verilir:
“Kvadratına 4 min manat düşür. 3 otağa 280 min verilməli olduğu təqdirdə 175 min təklif olunub. Bu pulla yeni tikilidə bir otaqlı mənzil almaq mümkün deyil”.
Daha ətraflı ARB TV-nin süjetini təqdim edirik: