Bank

Prorektorun ölümündə adı keçən sabiq bankir kimdir?

Xəbər verdiyimiz kimi, “Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədovun 16 sentyabr 2011-ci il tarixdə qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə cari ilin aprel ayında Dəyanət Quliyev Cinayət Məcəlləsinin müvafiq maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması istiqamətində tədbirlər görülür.

Bəs, Dəyanət Quliyev kimdir? 

ENA.az xəbər verir ki, Dəyanət Quliyev "Atabank"ın İdarə Heyətinin sədri olub, məhz onun vaxtında bank bağlandı. Sabiq vergilər naziri Fazil Məmmədovun olmuş bu bank hazırda ləğvetmədədir. Dəyanət Quliyev eyni zamanda Synergy Group-un rəhbəri vəzifəsini icra edib. Qeyd edək ki, adı qətl cinayətdə keçən bu şəxs Fazil Məmmədovun bacısı oğludur.   

 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)