Milli Məclisə yeni avtomobillər alındı
Xarici qonaqların Milli Məclisdə qarşılanması, Milli Məclisin deputatlarının xaricə səfərləri üçün ezamiyyə xərcləri artıb.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il üçün xərclər smetası haqqında” Milli Məclisin qərar layihəsinin müzakirəsində parlamentin İşlər müdiri Firudin Hacıyev deyib.
O, həmçinin bildirib ki, Milli Məclisə yeni avtomobillər alınıb: “Milli Məclisin avtoparkının yenilənməsi üçün 2023-cü ildə avtomobillər alınıb”.