Sənaye

“Prima Consulting” Azərbaycanın enerji sektorunda qanunvericilik bazasını hazırlayacaq

Energetika Nazirliyi enerji sektorunda islahatların aparılması ilə bağlı qanunvericilik bazasının hazırlanması məqsədilə “Prima Consulting” MMC-ni cəlb edib.  

“Prima Consulting” enerji sektorunda bazar subyektlərinin formalaşdırılması və bazar münasibətlərinin tənzimlənməsinə yönəlmiş hərtərəfli islahatların aparılması ilə bağlı qanunvericilik bazasının hazırlanması üçün tenderin qalibi olub”, - nazilrikdən qeyd ediblər.

Nazirliyin məlumatına görə, “Prima Consulting” ilə müvafiq müqavilə imzalanıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)