Azərbaycanda gələn il 13 minə yaxın şəxs sanatoriya-kurort yollayışı alacaq
2024-cü ildə Azərbaycanda 12 640 şəxsə sanatoriya-kurort yollayışının verilməsi planlaşdırılır.
Bu barədə Hesablama Palatasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə bildirilir.
Sənədə əsasən, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 2,6 % çoxdur.
Gələn il sanatoriya-kurort yollayışlarının ümumi dəyəri isə 18,5 milyon manat olacaq ki, bu da bu ilə nisbətən 5,7 % çoxdur.
Hesabat dövründə haqqı qismən ödənməklə 6,5 milyon manat dəyərində 2 310 sanatoriya-kurort yollayışının satılması proqnozlaşdırılır.