“Absheron Hotel Group”da yeni təyinat
![](https://ena.az/uploads/news/2023-11/_ena_3b2ef85d95482c991033f58ff_o.jpg)
Nəzmirə Şirinova AHG-un İnsan Resursları üzrə Qrup Direktoru vəzifəsinə təyin edilib.
Məlumata görə, Nəzmirə xanım 1997-ci ildən başlayan karyerasını 2008-ci ildən İnsan Resursları sahəsinə həsr edib.
Əvvəl Qətərdə Marriott International brendi olan The Westin Doha Hotel & SPA hotelində HR direktoru vəzifəsində çalışan Nəzmirə xanım daha öncə Bakcell, İqtisadiyyat Nazirliyinin tabeliyində olan Azərlotoreya kimi şirkətlərdə rəhbər vəzifələrində çalışıb.