Bank

"Muğanbank"da kompensasiya olunmayan 102 milyon manat əmanətin 61 milyonu 1 nəfərindir

"Muğanbank"da sığorta olunmayan depozitlərin həcmi  102 milyon manat təşkil edir. Bunun 76 milyon manatı fiziki şəxslərin əmanətləridir. Həmin 76 milypon manatın 61 milyon manatı isə 1 fiziki şəxsindir" 

ENA.az xəbər verir ki, bunu Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib. 

Onun sözlərinə görə, qalan 24 milyon manat isə biznesə aiddir və bunun 50 faizi 2 biznesin payına düşür. Və bu hər iki şirkətin müflis olmasına səbəb olacaq bir problem deyil. Ona görə də Muğanbank və Günaybankın lisenziyasının ləğvi ölkədə maliyyə sabitliyinə heç bir təhdid yaratmır.  

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)