Azərbaycanda ünvanlı sosial yardımın məbləği artırılır
Azərbaycanda 2024-cü ildə ünvanlı sosial yardımın məbləği 270 manat olacaq.
Məlumata görə, bu, Hesablama Palatasının “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.
Sənədə əsasən, bu, 2023-cü illə müqayisədə 24 manat və yaxud 9,8 % çoxdur.
Ünvanlı sosial yardıma paralel olaraq ehtiyac meyarı da eyni məbləğdə artırılaraq 270 manata çatdırılır.