Ərdoğan: "Türkmənistan qazının dünya bazarlarına çıxarılması üçün Azərbaycanla üçtərəfli əməkdaşlıq vacibdir"
Türkmənistan qazının dünya bazarlarına çıxarılması üçün Azərbaycanla birlikdə üçtərəfli əməkdaşlıq vacibdir.
Bu barədə prezident Rəcəb Tayyib Ərdoğan Ankarada türkmənistanlı həmkarı Sərdar Bərdiməhəmmədovla keçirdiyi birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, üç ölkə bu əməkdaşlıq çərçivəsində enerji təhlükəsizliyinə töhfə verməyi hədəfləyir:
“Görüşümüz zamanı Xəzərdən keçən “Qərb-Şərq” orta dəhlizinin təkmilləşdirilməsinə dair fikirlərimizi bölüşdük. Türkmənistanla bir çox məsələdə eyni mövqeyə sahib olduğumuzu gördük. Dünyada və bölgəmizdə baş berən hadisələr Türk Dövlətləri Təşkilatı çərçivəsində birləşməyimizin vacibliyini təsdiqləyib. TDT-də müşahidəçi statusu olan Türkmənistanın artıq ailəmizin tam üzvü olduğunu görmək istədiyimizi vurğulayıram”.