“Azərlotereya”da yeni təyinat olub
“Azərlotereya” ASC-də kadr dəyişikliyi olub. Şirkətin İnsan resursları və inzibati məsələlər üzrə yeni direktoru Leyla Namazova təyin edilib.
İnsan resurslarının idarə edilməsində 15 ildən artıq təcrübəyə malik Leyla Namazova bundan öncə “Kapital Bank”da İstedadların cəlb edilməsi və biznes partnyorluq şöbəsinin rəhbəri vəzifəsində çalışıb.
Həmçinin 2016-2023-cü illərdə “Borusan Cat”da insan resursları üzrə müxtəlif rəhbər vəzifələrində fəaliyyət göstərib. Leyla Namazovanın təcrübəsinə 2013-2016-ci illərdə ADA Universitetində İnsan resursları üzrə kurator, 2013-cü il “Embafinans” kredit təşkilatında İnsan resursları üzrə direktor, 2007-2013-cü illərdə isə “Xalq” Bankın İnsan resursları üzrə rəhbəri kimi fəaliyyətləri də daxildir.