Bank

Hansı bankirlər daha yaxşı işləyir? – ROE üzrə renkinq

Bank sektorunda nə qədər təmərküzləşmə olsa da qeyd etmək lazımdır ki, rəqabət də var. Dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankı və Kapital Bank bazarda böyük paya sahib olan dövlət şirkətləri və sosial ödənişlərlə bağlı rahat gəlir əldə etmək imkanına malikdir. Yəni onlar üçün müəyyən mənada komfort zonası yaradılıb. Buna baxmayaraq, pərakəndə bankçılıqda daha çox, eləcə də korporativ bankçılıqda müəyyən qədər “rəqabət nəfəsliyi” mövcuddur. Bu şəraitdə hansı bankın menecmenti daha yaxşı işləyir?

Qeyd edək ki, ROE – mənfəətin balans kapitalına olan nisbətidir. Məhz ROE bankın səhmdarlarını maraqlandıran göstəricidir və eyni zamanda bu göstərici bankın kadr potensialının nə qədər güclü olub-olmadığını göstərir.

Beləliklə, kapitaldan daha yaxşı istifadə ilə bağlı Azərbaycan banklarının RENKİNQini sizə təqdim edirik.

Cədvələ əsasən, ən yaxşı performans göstərən TOP-5 banklar bunlardır: Kapitalbank, AccessBank, PAŞA Bank, Bank Respublika və Bank of Baku.

“Əlaçı” İdarə heyətlərinin sədrləri kimlərdir?

“Kapitalbank”ın İdarə Heyətinin sədri – Fərid  Hüseynov

“AccessBank”ın İdarə Heyətinin sədri – Davit Tsiklauri

“PAŞA Bank”ın İdarə Heyətinin sədri – Cavid Quliyev

“Bank Respublika”nın İdarə Heyətinin sədri – Tariyel İsmayılov

“Bank of Baku”nun İdarə Heyətinin sədri - Filiz Yunus Emre

Sıra

Banklar

2023 IVR
ROE,%
(Xalis mənfəət/ Balans kapitalı)

1

Kapital Bank ASC

26.4%

2

AccessBank QSC

27.1%

3

PAŞA Bank ASC

25.4%

4

Bank Respublika ASC

24.5%

5

Bank of Baku

23.5%

6

Unibank KB ASC

21.3%

7

Yelo Bank ASC

20.1%

8

ABB ASC

19.6%

9

Azər Türk Bank ASC

17.3%

10

Rabitəbank ASC

15.0%

11

Xalq Bank ASC

14,3%

12

Yapı Kredi Bank Azərbaycan QSC

14.2%

13

Naxçıvanbank ASC

13.7%

14

Bank VTB (Azərbaycan) ASC

13.0%

15

AFB Bank ASC

10.7%

16

Expressbank ASC

10.4%

17

Turan Bank

10.0%

18

Bank Melli İran Bakı filialı

9.3%

19

Ziraat Bank Azərbaycan ASC

7.5%

20

Bank Avrasiya ASC

6.8%

21

Premium Bank ASC

5.8%

22

Azərbaycan Sənaye Bankı ASC

4.1%

23

Muğanbank

-1.2%

24

Bank BTB ASC

-2.7%

“Sinifdə qalanlar” kimlərdir?

Əlaçılarla yanaşı, qeyri-məqbul alıb, sinifdə qalanlar da var. Kapitalından gəlir əldə etmək deyil, “kapitalını yeyən” iki bank bunlardır: Muğanbank və Bank BTB.

“Muğanbank”ın lisenziyası ləğv edildi, qaldı Bank BTB. Bu bankın satışa çıxarılması üzrə deyilənlər doğrudur, artıq alıcının adı da sektorda məlumdur, amma yekun qərar hələ ictimaiyyətə açıqlanmayıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)