Sənaye

Yanvar-sentyabr aylarında “Azeri Light”ın bir bareli ortalama 85,5 dollara satılıb

2023-cü ilin yanvar-sentyabr aylarında “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta qiyməti $85,5 təşkil edib. SOCAR-dan verilən məlumata görə, “Bu, 2022-ci ilin yanvar-sentyabr aylarının göstəricisindən 20,7% azdır”.

Xəbər verildiyi kimi, 2022-ci ilin yanvar-sentyabr aylarının yekunları üzrə “Azeri Light” markalı neftin bir barelinin orta qiyməti $107,8 təşkil edib.

2022-ci ildə “Azeri Light” markalı neftin bir barelinin orta qiyməti $103,58 (2021-ci illə müqayisədə artım 44,6%) təşkil edib. 2023-cü ilin I rübündə bu göstərici $84,8, birinci yarısında -$82,84 təşkil edib.

Xəbər verildiyi kimi, 2022-ci ilin birinci yarısının yekunları üzrə “Azeri Light” markalı neftin bir barelinin orta qiyməti $110,08 təşkil edib.

Azərbaycan neftinin bir barelinin ən ucuz qiyməti 2020-ci il aprelin 21-də $15,81 səviyyəsində, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda $149,66 səviyyəsində qeydə alınıb.

“Azeri Light” markalı neft “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə SOCAR-ın payı 25% təşkil edir. Mənfəət nefti layihənin səhmdarları arasında müqavilədə iştirak payından asılı olaraq bölüşdürülür.

Azərbaycanda hasil edilən neftin 2/3 hissəsi AÇG-nin payına düşür.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)