Neft bahalaşdı 09.10.2023
Radikal Fələstinin Həmas qruplaşmasının İsrailə hücumu fonunda neft qiymətləri bazar ertəsi bahalaşıb. Yaxın Şərqdə vəziyyətin pisləşməsi regiondan neft tədarükünün azalması riskini yaradır, Market Watch qeyd edir.
ENA.az-ın məlumatına görə, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2023-cü ilin dekabr müqaviləsinin dəyəri 3,23% artaraq, 1 barelə görə 87,31 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin noyabr ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 3,54% artaraq, 85,72 dollar olub.