Qeyri-Bank

Qırğızıstan vətəndaşı Azərbaycanda BOKT-a direktor - TƏYİN EDİLDİ

"Molbulak" MMC bank olmayan kredit təşkilatına (BOKT) yeni direktor təyin edilib.

Məlumata görə, o, Qırğızıstan vətəndaşı Ernest Uraimovdur.

Xatırladaq ki, 2015-2018-ci illərdə "Molbulak"ın direktoru Vüsal Qaragözov olub. Bir neçə ay bundan əvvəl onun E.Uraimovla əvəz edilməsinə qərar verilib.

Bununla belə, Dövlət Miqrasiya Xidməti yeni direktorun sənədlərində çatışmazlıqların olduğunu əsas gətirərək ötən il noyabın 30-da ona Azərbaycan ərazisində yaşamağa icazə verməkdən imtina edib. Buna görə də, BOKT-a müvəqqəti olaraq Nadir Ağamedov rəhbərlik edib. Bir qədər əvvəl isə E.Uraimovin yaşayış icazəsi ilə bağlı problemi həll olunub və o, vəzifəsinin icrasına başlayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)