Birja

Neftin qiyməti qırmızı zonadadır (04.10.2023)

Çərşənbə günü OPEC+ Nazirlərin Monitorinq Komitəsinin (JMMC) iclası ərəfəsində neftin qiymətləri sabit qalıb. ENA.az xəbər verir ki, Londonun ICE Futures birjasında çərşənbə günü saat 9:10-da Brent markalı neftin dekabr fyuçerslərinin qiyməti bir barel üçün 90,88 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanışına nisbətən 0,04 dollar (0,04%) aşağıdır. 

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,02 dollar (0,02%) ucuzlaşaraq 89,21 dollar/barelə bərabər olub. 

İştirakçıları qlobal neft bazarındakı vəziyyəti qiymətləndirəcək JMMC iclası çərşənbə günü onlayn keçiriləcək.

Treyderlərin diqqəti həmçinin ABŞ Energetika Nazirliyinin saat 18:30-da açıqlanacaq ölkədəki enerji ehtiyatlarına dair həftəlik hesabatına yönəlib.

S&P Global Commodity Insights-ın sorğusuna qatılan ekspertlər keçən həftə ABŞ-ın neft ehtiyatlarının orta hesabla 1,4 milyon barel azalacağını proqnozlaşdırırlar. Onlar həmçinin distillə ehtiyatlarının 1,6 milyon barel azalacağını, benzin ehtiyatlarının isə dəyişməz qalacağını gözləyirlər.

Amerika Neft İnstitutunun (API) çərşənbə axşamı gecə açıqladığı təxminlər sentyabrın 29-da bitən həftədə ABŞ-ın neft ehtiyatlarının 4,21 milyon barrel azaldığını göstərib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)