HI-TECH

Azərbaycanın ən sürətli şəbəkəsi indi Xankəndi şəhərində!

“Bakcell​”​ şirkəti şəbəkəsini Xankəndi şəhərində uğurla istifadəyə verib.

Şirkətdən verilən məlumata əsasən, “Bakcell”in şəbəkəsi Ağdərə və Xocalıda da artıq fəaliyyətdədir.

Bununla da, şirkətin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında quraşdırılmış baza stansiyalarının sayı 120-dən yuxarıya çatdırılıb.

Burada quraşdırılmış baza stansiyaları ilə “Bakcell” şirkəti Qarabağ bölgəsində ən müasir səs texnologiyası olan “VoLTE” xidmətini və ölkənin ən sürətli mobil internet şəbəkəsini öz abonentlərinin ixtiyarına verib.

“Bakcell” şirkəti Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonunda zəruri infrastrukturun qurulması istiqamətində, eləcə də ən son texnologiyalarının bu bölgəyə gətirilməsində genişmiqyaslı fəaliyyətini daha da gücləndirəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)