Peskov: "Sülhməramlılarla bağlı yalnız Bakı ilə danışacağıq"
"Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi məsələsi aktual olaraq qalır".
TASS xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov danışıb.
"Nəqliyyat rabitəsinin inkişafı Rusiya Federasiyası, Ermənistan və Azərbaycan üçün vacibdir, Moskva bu işi davam etdirməyə ümid edir. Artıq Azərbaycan ərazisində olan Rusiya sülhməramlılarının işi Bakı ilə müzakirə mövzusu olacaq", - o qeyd edib.