Bank

Azərbaycan banklarının xarici aktivləri 2 dəfə azaldı

Azərbaycanda fəaliyyət göstərən bankların xarici öhdəlikləri 2023-cü il avqustun 31-nə 2 milyard 353,1 milyon manat təşkil edir ki, bu da 2022-ci ilin sonuna olan göstəricidən 33,5% çoxdur.

ENA.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, avqust ayında bankların xarici öhdəlikləri 9,3% və ya 238,6 milyon manat azalıb.

Azərbaycan banklarının xalis xarici aktivləri 3 milyard 37,5 milyon manat təşkil edir ki, bu da 2022-ci ilin sonuna olan göstəricidən 2,1 dəfə azdır.

Avqustda bankların xalis xarici aktivləri 559,6 milyon manat və ya 15,6% azalıb. 

Xatırladaq ki, Azərbaycan banklarının xarici öhdəlikləri qeyri-rezidentlərdən cəlb edilən kredit və depozitlərdən, qeyri-rezidentlərdə yerləşdirilən qiymətli kağızlardan formalaşır.

2023-cü il avqustun sonuna Azərbaycanda 24 bank fəaliyyət üçün lisenziyaya malikdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)