Neft ucuzlaşır

Dünya birjalarında neftin qiyməti azalıb.
"BI" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,43 dollar və ya 0,82% azalaraq 52,21 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,43 dollar və ya 0,70% azalaraq 61,20 dollar təşkil edib.