Əsas məzmuna keç
Bakı +8°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Bank

Mərkəzi Bank valyuta bazarından 122 milyon dolları yığıb

Mərkəzi Bank valyuta bazarından 122 milyon dolları yığıb

Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə edərək 122 mln. ABŞ dolları alıb.

"Profisitli tədiyə balansı və de-dollarlaşma proseslərinin davam etməsi şəraitində valyuta bazarında təklif tələbi kəskin üstələyir. Cari ilin 8 ayında Mərkəzi Bankda keçirilən valyuta hərraclarının 99%-də təklif tələbi üstələmişdir", - deyə məlumatda qeyd olunur.  

Azərbaycan Mərkəzi Bankı 2022-ci ildə valyuta bazarına müdaxilələr çərçivəsində 2 milyard 48 milyon dollar əldə edib ki, bu da 2021-ci illə müqayisədə 8,3 dəfə çoxdur.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə