Qarabağ

İşğaldan azad olunmuş ərazilərə köçürülənlərin sayı açıqlanıb

Böyük Qayıdış proqramı çərçivəsində bu günədək 2000-dən çox məcburi köçkün işğaldan azad olunmuş ərazilərə köçürülüb.

Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Kanada nümayəndə heyəti ilə görüşdə deyib.

Bildirilib ki, Böyük Qayıdış proqramı çərçivəsində bu günədək 2000-dən çox məcburi köçkünün Zəngilanda, Laçında, Füzulidə və Tərtərdə bərpa edilən və ya yeni salınan yaşayış məntəqələrində məskunlaşdırılması təmin edilib. Onların köçürülməsi Dövlət Komitəsi tərəfindən icra olunur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)