Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu - RƏSMİ RƏQƏMLƏR
2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda əsas kapitala 10 milyard 864,8 milyon manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,4% çox vəsait yönəldilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 12,2%, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 17,1% artıb.
İstifadə olunmuş vəsaitin 6 milyard 199,6 milyon manatı və ya 57,1%-i məhsul istehsalı sahələrinə, 4 milyard 116,1 milyon manatı (37,9%-i) xidmət sahələrinə, 549,1 milyon manatı (5%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Yanvar-avqust aylarında əsas kapitala yönəldilmiş vəsaitlərin 2 milyard 528,3 milyon manatını və ya 23,3%-ni xarici investisiyalar, 8 milyard 336,5 milyon manatını və ya 76,7%-ni daxili vəsaitlər təşkil edib.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 7 milyard 928,4 milyon manatı və ya 73%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
2022-ci ildə Azərbaycanda əsas kapitala yönəldilmiş vəsaitin həcmi 5,5% artıb.