Marketinq və reklam

Unibank müştərilərinin kreativ hədəfləri hansılardır?

Pulu niyə yığırsınız? Təbii ki, hər kəsin bu suala öz cavabı olacaq. İstər bankda depozit hesabınızda olan, istərsə də evdə yastığın altında yığdığınız pulun, gələcək üçün bir məqsədi, bir xərclənmə təyinatı var. “Unibank”ın “Topla” rəqəmsal məhsulunda pul toplamaq üçün onlayn hesab açanlar da maraqlı hədəflər seçiblər.  Rəqəmsal məhsulun istifadəyə verildiyi vaxtdan indiyədək “Topla” yaradan Unibank müştəriləri pul toplamaq üçün özlərinə 92 mindən çox hədəf müəyyən edib. Bu hədəflərdən yarısını pulu xərcləyəcəkləri istiqamətin adı ilə adlandırıblar.

 

Adlı hesabların bölgüsü göstərir ki, “Topla”da pul yığan vətəndaşlarımızın çoxu avtomobil almaq arzusundadır. 43% öz hədəfinin adını “avtomobil” qoyub. İkinci yerdə “səyahət” həvəskarları gəlir. Sonrakı yerləri hədəfi telefon, ev almaq, airpods almaq istəyənlər tutur. Pul yığanların 3%-i bu vəsaiti borclarını ödəmək üçün yığır.  Pul toplamağının hədəfi sürücülük vəsiqəsi, kompüter, saat almaq olanlar və təhsili üçün vəsait yığanlar da ilk onluqda yer tuturlar. Toy etmək, evini təmir etdirmək istəyənlər, qızıl, paltar almaq istəyənlər də “Topla”nı seçənlər sırasındadırlar. Maraqlıdır ki, sağlamlıq səbəbi ilə pul yığan 180 nəfərdən 102-si burun əməliyyatına pul toplayır

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department