Sənaye

Azərbaycanda neft-qaz şirkətinin rəhbəri dəyişib

Azərbaycanda neft-qaz sektorunda fəaliyyət göstərən “Absheron Qazma” MMC-nin baş direktoru dəyişib.

Banker.az xəbər verir ki, Sevinc Abdullayeva Hikmət qızı şirkətin baş direktoru təyin edilib.

O, bu vəzifədə Rauf Ağayev Mirağa oğlunu əvəz edib.

Sevinc Abdullayeva 2020-ci ilin aprelindən “Nobel Energy” şirkətində çalşır.

“Abşeron Qazma” MMC 2005-ci ildə təsis edilib, “SOCAR-AQŞ” şirkətinin 12.8%-lik səhmlərinə sahibdir. Şirkətin digər səhmdarları 73.8%-lə SOCAR və 13.4%-i isə “Nobel Oil LTD” şirkətidir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)