"Barbi" filmi 1 milyard dollar gəlir gətirib
Bir neçə həftə əvvəl ekranlara çıxan “Barbi” filmi indiyədək 1 milyard dollardan çox gəlir gətirib.
ENA.az xəbər verir ki, bu barədə "Variety” nəşri məlumat yayıb.
Məlumata görə, film Şimali Amerikada 459 milyon, digər ölkələrdə isə 572 milyon dollar gəlir əldə edib.
Bu, həm filmin rejissoru Qreta Gerviq, həm də “Warner Bros” şirkəti üçün rekorddur.
Qeyd edək ki, “Barbi” iyulun 21-də bütün dünyada nümayiş etdirilib. Filmdə Marqo Robbi, Rayan Qoslinq, Helen Mirren və Dua Lipa rol alıb.