Birja

Dünya bazarlarında neftin qiyməti- 07.08.2023

Dünya bazarında neft qiymətləri investorların bazar perspektivlərini və ötən həftənin sonundakı xəbərləri dəyərləndirməsi fonunda cüzi aşağı düşüb.

ENA.az xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin oktyabr fyuçersləri 0,08 % ucuzlaşaraq 1 bareli 86,17 ABŞ dollarına satılıb. 

Londonun ICE Futures birjasında Brent markalı neftin oktyabr fyuçerslərinin qiyməti saat 9:15-ə 86,15 dollar/barel təşkil edir ki, bu da əvvəlki sessiyanın yekunu ilə müqayisədə 9 sent (0,1%) aşağıdır. 

Nyu-York əmtəə birjasının (NYMEX) elektron hərraclarında sentyabr ayı üçün WTI markalı neftin fyuçerslərinin kotirovkaları qeyd edilən vaxta 6 sent (0,07%) azalaraq bir barelə görə 82,76 dollar təşkil edib. 

Ötən həftə Brent 2,2%, WTI 2,8% bahalaşıb, hər iki marka aprelin 12-dən etibarən ən yüksək həddə bağlanıb.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department