Rusiya daxili bazarda valyuta alışına başlayacaq
Rusiya Maliyyə Nazirliyi 2022-ci ilin yanvarından bəri ilk dəfə olaraq daxili bazarda valyuta alışını bərpa edəcəyini açıqlayıb.
ENA.az xəbər verir ki, Rusiya Maliyyə Nazirliyindən verilən yazılı açıqlamada, neft və təbii qazdan gələn əlavə büdcə gəlirlərinin avqust ayında 73,2 milyard rubla çatmasının gözlənildiyi qeyd edilib.
Nazirliyin 7 Avqust-6 Sentyabr tarixləri arasında daxili bazarda valyuta alışına başlamağa qərar verdiyinə diqqət çəkərək, bu alışlar üçün 40,5 milyard rubl ayrıldığı bildirilib.
Rusiya Maliyyə Nazirliyi daxili bazarda xarici valyutanı sonuncu dəfə 2022-ci ilin yanvarında büdcə qaydaları çərçivəsində alıb.