Bank

Azərbaycandakı manat kütləsinin cəmi 11,6%-i müddətli əmanətlərdədir. Pullar daha çox banklardan kənardadır

Azərbaycanda olan pul kütləsinin 35,2%-ni banklardan kənardadır. 2023-cü ilin yanvar-iyun ayları üzrə pulun 29,3%-i manatla tələbli depozitlərdədir, yəni bu pul yatırım deyil, istənilən vaxt geri çəkilə bilər. 

ENA.az xəbər verir ki, pulun 23,9%-ni xarici valyutaya çevirən əhali onu əsasən dollarla banka depozit qoyub. Manatla yığım pullar, yəni manatla müddətli depozitlər isə bütün pul kütləsinin yalnız 11,6%-ni təşkil edir. 

Başqa sözlə, Azərbaycan vətəndaşının müddətli depozit yığımında artım bir il ərzində 2% təşkil edib. Eyni zamanda bankdan kənar pul kütləsi 5% artıb. Xarici valyutada olan depozitlərin həcmi isə 31,7%-dən 23,9%-ə düşüb. 

2023-cü ilin birinci yarısında Azərbaycanda geniş mənada pul kütləsi (M3, nağd pullar, müddətli əmanətlər, tələb olunanadək əmanətlər və depozitlər) 3,7% azalaraq  41 milyard 239,9 milyon manata enib.

ENA.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 30 iyun 2023-cü il tarixinə pul kütləsinin strukturunda dövriyyədə olan nağd pulların (M0 aqreqatı) həcmi 14 milyard 534,7 milyon manat təşkil edib. Bu o deməkdir ki, birinci yarımillikdə 9,3% artım qeydə alınıb.

M1 pul aqreqatı (nağd pullar, tələb olunanadək əmanətlər və depozitlər) 26 milyard 609,6 milyon manat təşkil edib ki, bu da 2022-ci ilin sonuna olan göstəricidən 4,9% çoxdur.

M2 pul aqreqatı (nağd pullar, tələb olunanadək əmanətlər, manatla müddətli əmanətlər və depozitlər) 31 milyard 404 milyon manat təşkil edir. Yəni, yanvar-iyun aylarında 6,2% azalma olub.

2023-cü ilin iyun ayının sonuna xarici valyutada depozitlər 9 milyard 836 milyon manat təşkil edib, ötən birinci yarımillikdə 25,8% azalma olub. Geniş pul kütləsi strukturunda xarici valyutada depozitlərin payı 2023-cü il mayın 31-nə olan 26,6%-ə qarşı iyunun 30-na 23,9%-ə düşüb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)