Lənkəranda zəlzələ olub, ətraf rayonlarda 5-3 bala kimi hiss edilib
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 11:03-də Lənkəran stansiyasından 20 km şimal-qərbdə, Lənkəran rayonunda zəlzələ qeydə alınıb.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) məlumat verilib.
Bildirilib ki, yeraltı təkanın maqnitudası 4.8, dərinliyi isə 5 km olub.
Zəlzələ episentrdə 5, ətraf rayonlarda 5-3 bala kimi hiss olunub.
***
Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 11:03-də Lənkəran rayonunda 4,9 maqnitudalı zəlzələ qeydə alınıb. Yeraltı təkanların 10 km dərinlikdə qeydə alındığı bildirilir.