Sığorta haqlarının 82,4%-ini götürən TOP-5 şirkətlər hansılardır? - SİYAHI
Son illər sayı azalan sığorta şirkətlərinin hazırda sayı 20-dir. Onlardan 5 sığorta şirkəti sığorta haqları üzrə bazarın 82,4%-ini götürüb. Belə çıxır ki, qalan 15 sığorta şirkəti 17,6% payla dolanmalı olurlar.
ENA.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-iyun aylarında sığorta haqlarının həcminə görə sığorta şirkətlərinin TOP-5-nə “PAŞA Həyat Sığorta” (281,828 milyon manat), “PAŞA Sığorta” (163,423 milyon manat), “Qala Sığorta” (39,311 milyon manat), “Atəşgah Həyat Sığorta” (32,957 milyon manat) və “Atəşgah Sığorta” (16,956 milyon manat) daxil olub.
Hesabat dövründə sığorta şirkətlərinin sığorta haqlarının 82,4%-i bu 5 şirkətin payına düşüb.
Cari ilin yanvar-iyun aylarında ödənişlərin həcminə görə sığorta şirkətlərinin TOP-5-də “PAŞA Həyat Sığorta” (113,381 milyon manat), “PAŞA Sığorta” (37,784 milyon manat), “Xalq Sığorta” (11,918 milyon manat), “Atəşgah Həyat Sığorta” (12,81 milyon manat) və “Atəşgah Sığorta” (8,457 milyon manat) qərarlaşıb.
Bu dövrdə sığortaçıların ödənişlərinin 81,9%-i bu 5 şirkətin payına düşüb.
2023-cü ilin yanvar-iyun aylarında sığorta sektorunun penetrasiya səviyyəsi 1,1% təşkil edib.