"Twitter" loqosunu dəyişdi
"Twitter" mikrobloqunun loqosu dəyişib.
ENA.az xəbər verir ki, sosial şəbəkənin loqosu mavi quşdan qara konturlu ağ rəngli "X"ə dəyişdirilib.
Yeni loqo "Twitter"in başlığında və səhifə yeniləndikdə görünür.
Sosial şəbəkənin sahibi İlon Mask bir gün əvvəl dəyişikliklər ediləcəyini açıqlayıb. Onun sözlərinə görə, yeni loqo insanların qeyri-kamilliklərini əks etdirir və onları unikal edir.
Xatırladaq ki, İlon Mask "Twitter"i ötən il 44 milyard dollara satın alıb.