HI-TECH

Musk: Tezliklə Twitter brendi ilə vidalaşacağıq

Məşhur milyarder İlon Mask sahibi olduğu sosial media platformasında dəyişikliklər ediləcəyini açıqlayıb və tezliklə Twitter markası və loqosu ilə vidalaşacaqlarını açıqlayıb.
ENA.az xəbər verir ki, 
Musk ikinci yazısında qeyd edib ki, “Əgər bu axşam kifayət qədər yaxşı bir X loqosu buraxılarsa, ertəsi gün onu bütün dünyaya təqdim edəcəyik".

Məşhur milyarder titrəyən "X" loqotipini paylaşdıqdan sonra qatıldığı Twitter Spaces söhbətində loqonun dəyişib-dəyişməyəcəyi sualına "hə" cavabını verib və "Bu, çoxdan edilməli idi", - söyləyib.

Qeyd edək ki, bu ayın əvvəlində Musk Twitter-də müxtəlif hesabların gündə neçə tvit oxuya biləcəyini məhdudlaşdıracağını açıqladı, lakin istifadəçilər və marketinq mütəxəssisləri tərəfindən geniş şəkildə tənqid olundu.

Müəyyən edilmiş gündəlik limitlər Meta-ya məxsus rəqib platforma olan Threads-in böyüməsinə kömək etdi və işə salındıqdan sonra beş gün ərzində 100 milyon rekordunu ötdü.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)