Meta öz süni zəka modelini kommersiya məqsədləri üçün açdı
“Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi Meta, Microsoft da daxil olmaqla böyük bulud provayderləri ilə əməkdaşlıq edərək, Llama 2 süni intellekt dili modelini kommersiya baxımından istifadəyə verir.
Meta tərəfindən edilən şərhdə, Llama 2-nin yeni versiyasının tədqiqat və kommersiya məqsədli istifadə üçün açıq mənbə olaraq pulsuz təqdim ediləcəyi ifadə edilib.
Açıqlamada, Llama-2 üçün üstünlük verilən tərəfdaş kimi Microsoft ilə ortaqlığın daha yüksək səviyyəyə qaldırıldığı bildirilib və məhsuldar süni intellekt sahəsində səylərin genişləndirildiyi vurğulanıb.
Bəyanatda paylaşılıb ki, bu gündən etibarən Llama-2 "Azure AI" model kataloqunda əlçatan olacaq və bu, Microsoft Azure-dan istifadə edən tərtibatçılara məzmunun filtrasiyası və təhlükəsizlik xüsusiyyətləri üçün buludda yerli vasitələrdən istifadə etməyə imkan verəcək.
Llama-2 yerli olaraq Windows-da işləmək üçün optimallaşdırılıb və o, müxtəlif platformalarda müştərilərə məhsuldar süni intellekt təcrübəsi təqdim edərkən tərtibatçılara problemsiz iş axını təmin edəcək.
Bəyanatda Llama 2-nin Amazon Web Services (AWS), Hugging Face və digər provayderlər vasitəsilə də mövcud olacağı açıqlandı.