Azərbaycanda 18 bankın faiz gəlirləri artıb
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 12-nin ötənilki faiz gəlirləri əvvəlki ilə nisbətən az olub.
Bunlar "Muğan Bank", İran Milli Bankının Bakı filialı, "Bank Avrasiya", "Unibank", "Access Bank", "Atabank", "Azərbaycan Beynəlxalq Bankı", Pakistan Milli Bankının Bakı filialı, "AGBank", "Bank of Baku", "Amrah Bank" və "Bank VTB Azərbaycan"dır. Ən çox azalma "Bank VTB Azərbaycan"da (37,3%), ən az azalma isə "Muğan Bank"da (1,9%) qeydə alınıb.
Qalan 18 bankın isə faiz gəlirləri artıb. Ən yüksək dinamika "Rabitəbank"da (38,6%), ən aşağı dinamika isə "Yapı Kredi Bank Azərbaycanda"da (1,5%) qeydə alınıb.
4 bankın faiz gəlirləri 100 milyon manatdan çoxdur
2018-ci ildə Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 4-nün faiz gəlirləri 100 milyon manatdan çox olub.
Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (415,1 milyon manat), "Kapital Bank" (321,562 milyon manat), "PAŞA Bank" (173,512 milyon manat) və "Xalq Bank"dır (109,507 milyon manat).
Qalan 26 bankdan 3-də faiz gəlirləri 50-100 milyon manat arasında, 17 bankda 10-50 milyon manat arasında, 6 bankda isə 10 milyon manatdan azdır.