TURİZM

Türkiyədə otel qiymətləri ən çox hansı şəhərdə artıb?

İyul və avqust ayları üçün yeni tətil marşrutları müəyyən edilərkən, məlum olub ki, 2023-cü ildə otaq qiymətlərində 101 faiz artım baş verib.  Regional yerlərdən Fethiye, Bodrum, Datça, Seferihisar və Marmaris ən çox axtarılan tətil yerləri olub.

ENA.az xəbər verir ki, Trabzon isə yüzdə 159 artımla otaq qiymətlərinin ən çox artdığı şəhərlər arasında birinci olub.

Otel qiymətlərində yüzdə 120 artımla ikinci yeri Ankara, yüzdə 108 artımla Balıkəsir, yüzdə 104 artımla Aydın və Çanaqqala sıralanır.

Nevşehir yüzdə 103 artımla dördüncü, turizmin paytaxtı Antalya, yüzdə 101 artımla beşinci, Muğla yüzdə 97 artımla altıncı, İzmir isə yüzdə 95 artımla yeddinci olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)