Sosial iqtisadiyyat

Sertifikasiya imtahanında yüksək bal toplayan müəllimlərə yeni vəzifə verilə bilər

“Gələcəkdə yüksək bal toplayan müəllimlər metodist ola bilərlər”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: Peşəkar müəllim-keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirində deyib.

O bildirib ki, məktəblərdə hazırda metodist sahəsi üzrə çatışmazlıqlar var: “Düşünürük ki, sertifikasiya imtahanında 51 balı keçmiş müəllim metodist kimi çalışa bilər”

E.Əmrullayev vurğulayıb ki, lakin bu hələ gələcəyin işidir: “Hazırda məsələ ilə əlaqədar işlər aparılır”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)