HI-TECH

AB-dən texnologiya divlərinə qarşı - SƏRT QAYDALAR

Avropa İttifaqının (Aİ) ciddi qaydalar tətbiq edəcəyi böyük texnologiya şirkətləri arasında Google, Apple, Meta və Microsoft var. ENA.az xəbər verir ki, AB komissarı Thierry Breton sosial media hesabında Rəqəmsal Bazarlar Qanununa əsasən "qapıçılar" meyarlarına cavab verən şirkətlər haqqında paylaşım edib.

Breton, "Alphabet, Amazon, Apple, ByteDance, Meta, Microsoft və Samsung, Aİ Komissiyasına Rəqəmsal Bazarlar Aktı çərçivəsində "qapıcı" çərçivəsinə düşür" ifadəsini işlətməklə, rəsmi siyahının sentyabrın 6-da açıqlanacağını bildirdi. 

Qaydalar haqqında
Ötən il təsdiqlənən və rəqəmsal platformaların fəaliyyətində dəyişikliklərə səbəb olacaq AB qanununa əsasən, xüsusilə böyük rəqəmsal platformaların bazar gücünü məhdudlaşdırmaq üçün yeni qaydalar tətbiq olunacaq.

Bu kontekstdə Avropada fəaliyyət göstərən bazar dəyəri ən azı 75 milyard avro olan və 45 milyondan çox istifadəçiyə çatan böyük platformalar “qapıçılar” adlandırılacaq.

Bu texnoloji şirkətlər və rəqəmsal platformalar digərlərinə nisbətən daha sərt qaydalara tabe olacaq.

Şirkətlərin öz sektorlarında haqsız rəqabətin qarşısını almaq üçün tədbirlər qüvvəyə minəcək.

Qanuna əsasən, bu şirkətlərdə müxtəlif mesajlaşma xidmətləri qarşılıqlı fəaliyyət göstərməlidir.

Böyük platformaların müxtəlif xidmətlərini rəqiblərinin oxşar xidmətlərindən üstün tutmasının qarşısı alınacaq.

İstifadəçilərə əvvəlcədən quraşdırılmış proqram təminatı və ya proqramları silmək qadağan edilməyəcək.

İri şirkətlərin müəyyən edilmiş bazar qaydalarına əməl etmədiyi təqdirdə bəzi fəaliyyətləri dayandırıla bilər.

“Qapıçı” vəzifəsində olan şirkətlər qaydaları pozduqları təqdirdə qlobal dövriyyələrinin 10 faizinə qədər cərimələnə bilərlər.

Yeni qaydaların 2024-cü ilin martında tətbiq edilməsi planlaşdırılır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)