Gündəm

Ukrayna “Vaqner”in qiyamına münasibət bildirib: "Hər şey yeni başlayır"

“Rusiyada elitalar arasında parçalanma açıq-aydın görünür”.

Bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.

“Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojinin silahlı qiyamına münasibət bildirən müşavir qeyd edib ki, tərəflərin razılığa gələrək problemi həll etmələri mümkün olmayacaq: “Kimsə mütləq itirməlidir: “Ya “Vaqner” muzdlu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojin, ya da qarşı tərəf. Rusiyada hər şey yeni başlayır”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)