Türkiyəyə gələn turistlərin sayında Rusiya liderdir
Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, may ayında Türkiyəyə gələn əcnəbilərin sayı əvvəlki ilin eyni dövrünə 16,19% artaraq 4,5 milyona çatıb.
May ayında Türkiyəyə ən çox turist göndərən ölkələr siyahısında 640 min 844 nəfərlə Rusiya birinci olub. Ölkədən Türkiyəyə gələn xarici ziyarətçilərin sayı əvvəlki ilə nisbətən 14,24 faiz artıb.
Rusiyanı 617 min 617 ilə Almaniya, 452 min 724 ilə İngiltərə izləyib. İngiltərəni Bolqarıstan və İran izlədi.
5 ayda 14 milyon turist
Yanvar-may dövrünə nəzər saldıqda Türkiyəyə 14 milyondan çox turist gəldiyi görülüb. Bu dövrdə xarici ziyarətçilərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23,65% artıb.
Yanvar-may dövründə ən çox xarici ziyarətçi Rusiyadan gəlib. Bu müddət ərzində Türkiyəyə Rusiyadan 1,8 milyon, Almaniyadan 1,58 milyon, Bolqarıstadan 1,06 milyon turist səfər edib.