Ticarət, tikinti sektorunda bank riskləri artıb. Bank sektoru belə düşünür
Ticarət, tikinti, informasiya və rabitə sahələri üzrə isə kredit riskində artım baş verib. ENA.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının keçirdiyi sorğuya görə, bu ilin I rübündə faiz dərəcəsi və likvidlik riskləri üzrə artım qeydə alınıb.
Ddigər risk göstəriciləri üzrə isə azalma müşahidə edilib. Banklar hesab edirlər ki, 2023-cü ilin I rübündə kənd təsərrüfatı, sənaye, nəqliyyat, habelə, qeyri-istehsal və xidmət sahələri üzrə kredit riskində azalma baş verib.
Bununla belə, bankların cavablarına əsasən biznes subyektləri üzrə cəmi kredit risklərinin azalması dinamikası düşüb. Xüsusən də mikro sahibkarlıq subyektləri üzrə kredit risklərində azalma daha çox nəzərə çarpır.