Twitter smart televizorlar üçün xüsusi proqram hazırlayır
Twitter mikrobloqinq xidməti platformadan smart televizorlardan video məzmuna baxmaq imkanı verəcək proqram hazırlayır. Bunu sosial şəbəkənin sahibi İlon Mask smartfonda bir saatlıq videoya baxmaq fikrində olmadığını bildirən Twitter istifadəçisinə cavab olaraq bildirib.
Xatırladaq ki, Elon Musk və Twitter-in baş direktoru Linda Iaccarino investorlara təqdimat keçirərək video məzmunu genişləndirmək planlarını, habelə kommersiya şirkətləri və məzmun yaradıcıları ilə müqavilələr bağladıqlarını açıqlamışdılar.
Reuters xəbər verir ki, slaydlardan birində şirkət şaquli videoların istifadəçilərinin platformada keçirdiyi vaxtın təxminən 10%-ni təşkil etdiyini bildirib. Twitter həmçinin məşhur bloqçuların kanallarında sponsorluq və reklamları artırmağa dəvət edəcək.