"Google"ın baş şirkəti proqnozdan aşağı mənfəət açıqlayıb
"Google"ın baş şirkəti "Alphabet"in əməliyyat mənfəəti investisiya xərclərindəki artımın təsiri ilə dördüncü rübdə proqnozdan aşağı olub.
"Google"ın baş şirkəti "Alphabet Inc", internet nəhənginin bulud və "Youtube"a əhəmiyyətli dərəcədə xərc çəkməsinin təsiri ilə ilin son rübündə aşağı mənfəət marjası açıqlayıb.
Şirkətin dördüncü rübdə investisiya xərcləri 80 faiz artaraq 6.85 milyard dollara yüksəlib. Şirkətin mənfəət marjası 24%-dən 21%-ə geriləyərək 8.20 milyard dollar olub. Proqnoz 8.7 milyard dollar idi.
"Alphabet"in bir səhmə düşən mənfəəti 12.77 dollar olub.
Şirkətin ümumi işçi sayı, bir əvvəlki il qeyd edilən 80 min 110-dan 98 min 771-ə qalxıb