Sabahdan sertifikasiya imtahanlarının test mərhələsi başlayır
Sabahdan dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma imtahanlarının test mərhələsi başlayır.
Bu mərhələdə 34 minə yaxın müəllimin iştirakı planlaşdırılır.
Onlar barədə məlumatlar sistemə yüklənib.
Test imtahanı iyunun 24-dək davam edəcək. Avqust ayının sonunda müsahibə mərhələsinin keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi bu ilin sentyabr ayının 15-nə qədər 60 yaşı tamam olan, həmçinin yaşı 60-dan yuxarı olan təhsilverənlərin sertifikatlaşdırma prosesində iştirakını “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”ndakı dəyişikliklər qüvvəyə minənədək ləğv edib. Həmin müəllimlərin 20-24 iyunda keçiriləcək test imtahanlarında iştirakı nəzərdə tutulmur.