"Bosch"un Rusiyadakı fabriki dövlət şirkətinə keçdi
Rusiyanın dövlət törəmə şirkəti NAMI, əvvəllər Almaniyanın Bosch şirkətinə məxsus olan "Robert Bosch Samara" adlı fabrikin bütün səhmlərini aldığını açıqlayıb.
ENA.az xəbər verir ki, NAMI-dən verilən açıqlamada Rusiyanın Samara şəhərində yerləşən Bosch fabriki haqqında məlumat verilib.
Avtomobil hissələrinin istehsal olunduğu “Robert Bosch Samara” adlı fabrikə aid bütün payların NAMI-yə verildiyi bildirilən açıqlamada fabrikdə çalışan 107 nəfərin işini davam etdirəcəyi bildirilib.
Bəyanatda səhm transferinin qiyməti ilə bağlı təfərrüatlar paylaşılmayıb.
NAMI əvvəllər sanksiyalara görə Rusiyadan çəkilməyə qərar verən Renault, Nissan və Toyota zavodlarını da özününküləşdirib.